Səhiyyə Nazirliyi tibb müəssisələrinə MƏKTUB göndərdi

Cəmiyyət
15-03-2025 - 16:35
"Səhiyyə Nazirliyi bütün tibb müəssisələrinə fizioterapevt ixtisası ilə bağlı ştat vahidinin açılması ilə bağlı məktublar göndərilib".
Ajans.az xəbər verir ki, bunu "Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətlərə çevrilməsi" adlı XII Qlobal Bakı Forumunda jurnalistlərin suallarını cavablandıran səhiyyə naziri Teymur Musayev deyib.
Nazir bildirib ki, bu istiqamətdə yaxın vaxtlarda yeni yoxlamalar keçiriləcək.
"İnanıram ki, qısa müddətdə tibb müəssisələrində bu ixtisasla bağlı olan boşluqlar aradan qaldırılacaq. Bununla bağlı lazımi əmrlər verilib, sadəcə, tibb müəssisələri bu məsələyə ciddi yanaşmalıdırlar", - deyə nazir qeyd edib.
Mövzular:
Oxşar xəbərlər
Polis Akademiyasına qəbulda yenilik - Bu qrupun abituriyentləri də sənəd verə bilərlər
Cəmiyyət13:03 / 18-10-24