Neymar Braziliya millisindən kənarlaşdırılıb

İdman
15-03-2025 - 17:35
Braziliya milli komandasının heyətində ciddi itki baş verib.
Ajans.az xarici KİV-lərə istinadən xəbər verir ki, “sambaçılar”ın futbolçusu Neymar sıradan çıxıb.
“Santos”un vingeri zədələnib. Uzun müddətdən sonra milliyə dəvət alan Neymar heyətdən kənarlaşdırılıb.
Qeyd edək ki, Braziliya millisi DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində martın 21-də Kolumbiya, 26-sı isə Argentina ilə üz-üzə gələcək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.