100 illik SİRR AÇILDI: Everestə qalxarkən yoxa çıxan alpinistin QALIQLARI TAPILDI!

100 illik SİRR AÇILDI: Everestə qalxarkən yoxa çıxan alpinistin
Hadisə 11-10-2024 - 17:22
 54

Everestin zirvəsinə qalxmaq üçün yola çıxan Endryu Sendi İrvin və dostu Corc Mallori 1924-cü ilin iyununda yoxa çıxıb. Mallorinin cəsədi 25 il əvvəl tapılıb, lakin 100 il ərzində İrvindən əsər-əlamət olmayıb.

Ajans.az xəbər verir ki, İrvinin qalıqlarının “National Geographic” komandasının yeni kəşfi zamanı tapıldığı iddia edilib. Tapılan kəşfin İrvinin ayağı olduğu iddia edilir.   Everest dağında yeni ekspedisiya zamanı 1924-cü ildə Everest dağında yoxa çıxan britaniyalı tədqiqatçı Endryu İrvinə aid olduğu güman edilən qalıqlar tapılıb. Qalıqlar DNT analizinə göndərilib. 

Mallorinin qalıqları 1999-cu ildə tapılan kəşfdə aşkar edilsə də, yoxa çıxanda 22 yaşında olan İrvin haqqında bu günə kimi heç bir dəlil tapılmayıb.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: