Aysun İsmayılova: " Atası qızımla görüşmür"

Müğənni Aysun İsmayılova qızı və keçmiş həyatyoldaşı ilə bağlı açıqlama verib. O bildirib ki, qızı yalnız nənə və babası ilə görüşüb danışır, lakin atası ilə görüşmür.
Ajans.az xəbər verir ki,müğənninin sözlərinə görə, o, heç vaxt qızının atasının onunla görüşməsinə mane olmayıb:
"Atası istəsə, gəlib görüşə bilər, amma görüşmür. Qızımın həm atası, həm də anası özüməm. Mən istəmərəm ki, övladım mənim həyatımı yaşasın, atasız böyüsün. Nə qədər küskün olsa da, övlad övladdır."
Aparıcı Nanə Ağamalıyeva isə Aysuna sual verərək atasının qızı ilə görüşməməsinin səbəbini soruşub. O, həmçinin müğənninin keçmiş həyat yoldaşı haqqında danışaraq, onun ziyalı və mərhəmətli bir insan olduğunu bildirib.
Ağamalıyeva hesab edir ki, problem tezliklə həll olunacaq, çünki qız övladı ilə ata arasındakı bağ daha fərqli olur.
Aysun isə keçmiş həyat yoldaşı haqqında mənfi fikir səsləndirməyəcəyini vurğulayıb:
"O, mənim qızımın atasıdır və mən heç vaxt onun haqqında pis danışmaram. Dayələrini tanıyır, nə vaxt istəsə, gəlib qızını görə bilər. Bəzi valideynlər var ki, övladlarının atası ilə görüşməsinə icazə vermirlər, amma mən belə biri deyiləm".
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.