Azərbaycanlılar ÜST-nin Akademiyasında onlayn oxuya biləcəklər

Cəmiyyət
15-03-2025 - 17:39
"Ötən ilin dekabrında Ümumdünya Səhiyyə Təşkilatının Akademiyasının açılışı baş tutdu. Akademiya hələ tam fəaliyyətə başlamayıb".
Ajans.az Oxu.Az-a istinadən xəbər verir ki, bunu "Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətlərə çevrilməsi" adlı XII Qlobal Bakı Forumunda jurnalistlərin suallarını cavablandıran səhiyyə naziri Teymur Musayev deyib.
Nazir bildirib ki, Azərbaycan bu akademiyada onlayn tibbi təhsil təşəbbüsünü irəli sürüb:
"ÜST bu təşəbbüsü dəstəkləyib. Qısa müddətdə həmin akademiyaya azərbaycanlı müdavimlər də qoşularaq öz təhsillərini artıra biləcəklər".
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.