Bakıda 75 yaşlı kişiyə qarşı dələduzluq edildi

Bakıda 75 yaşlı kişiyə qarşı dələduzluq edildi
Hadisə 29-01-2025 - 17:33

Bakının Nərimanov rayonunda 75 yaşlı kişiyə dələduzluq edilib.

Ajans.az DİN-ə istinadən xəbər verir ki, Nərimanov rayonu ərazisində 75 yaşlı kişinin naməlum şəxs tərəfindən aldadılaraq 1200 manatının mənimsənilməsi barədə polisə məlumat daxil olub.

Nərimanov RPİ 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməlini törətməkdə şübhəli bilinən 26 yaşlı N.Əmini müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

PAYLAŞ: