Bakı – Quba yolunda ağır qəza: 4 pakistanlı yaralandı

Bakı – Quba yolunda dörd əcnəbi vətəndaşın yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Ajans.az “Report”a istinadən xəbər verir ki, qəza yolun Xızı rayonundan keçən hissəsində qeydə alınıb.
2 maşının toqquşması nəticəsində 4 Pakistan vətəndaşı xəsarət alıb.
Yaralılar dərhal Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.