Azərbaycanda zəlzələ baş verdi
![Azərbaycanda zəlzələ baş verdi](https://ajans.az/uploads/images/202410/image_940x_6714e2c342f44.webp)
Samux rayonunda zəlzələ olub.
Ajans.az xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tətqiqatı bürosu məlumat yayıb.
Məlumata görə, yeraltı təkanlar Gəncə stansiyasından 34 km şimal-şərqdə, 3 manqitudada qeydə alınıb.
Zəlzələ ocağı 13 kilometr dərinlikdə yerləşib, təbii hadisə hiss olunmayıb.