"Avengers"in ulduzu vəfat etdi

"Avengers"in ulduzu
Brayan Mörfi
Şou Biznes 04-02-2025 - 12:21

Britaniyalı aktyor və komediya ustası Brayan Mörfi vəfat edib.

Ajans.az xəbər verir ki, bu barədə “The Mirror” məlumat yayıb.

Sənətçinin 92 yaşı olub. Mənbənin məlumatına görə, Mörfi bazar günü, fevralın 2-si səhər saatlarında evində dünyasını dəyişib. Ölümün səbəbi açıqlanmayıb. Sənətçinin həyat yoldaşı Linda Reqandır və onların iki oğlu olub.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: