Astana hava limanında uçuş-enmə zolağı bağlandı

Dünya
21-01-2025 - 09:17
Əlverişsiz hava şəraiti və texniki xidmətlə əlaqədar Astana hava limanında uçuş-enmə zolağı müvəqqəti bağlanıb.
Ajans.az xəbər verir ki, bu barədə "Kazinform" hava limanının mətbuat xidmətinə istinadən məlumat yayıb.
Məlumata görə, təhlükəsizliyi təmin etmək və qarı təmizləmək üçün uçuş-enmə zolağında 10 xüsusi texnika işləyir.
Qeyd olunub ki, səhər saatlarında ümumilikdə 20-dən çox reys gecikib.
Mövzular:
Oxşar xəbərlər
İlon Maskın şirkəti milyonlarla miqrantin şəxsi məlumatlarına giriş ƏLDƏ ETDİ
Dünya11:03 / 22-04-25
Trampın Ukrayna planının təfərrüatları məlum oldu: ABŞ tərəflərə öz şərtlərini qoydu
Dünya09:39 / 22-04-25