Ana və 3 uşağı evdə ÖLÜ TAPILDI - SƏBƏB

Ana və 3 uşağı evdə
Ana
Hadisə 13-12-2024 - 11:39

Hatayda qohumlarının onlardan xəbər almadığı ana və 3 uşağı evlərində ölü tapılıb.

Ajans.az xəbər verir ki, zəhərlənmə şübhəsi ilə eyni mənzildə olan 21 nəfərə tibbi yardım göstərilib. Hatay Qubernatorluğu ana və 3 uşağının zəhərlənərək öldüyünü açıqlayıb.  

Hadisə rayonun Cebike rayonunda baş verib. Ata Emrah Kökçü (43) isə xəstəxanada müalicə altına alınıb. Ana və 3 uşağının təbii qazdan zəhərlənərək həyatını itirdiyi müəyyən edilərkən, mənzildə yaşayan 21 nəfərin təbii qazdan zəhərlənmə şübhəsi ilə şəhərdəki xəstəxanalarda müalicə olunduğu öyrənilib.

Hadisə ilə bağlı Hatay Qubernatorluğundan verilən açıqlamada “İskenderun mahalımızda 12 ölüm hadisəsi olub. saat 16.00 radələrində baş vermiş zəhərlənmə hadisəsi nəticəsində eyni evdə yaşayan KK, EBK, İ. EK və YEK adlı vətəndaşlarımız dünyasını dəyişib və E.K adlı vətəndaşımızın müalicəsi davam edir. Vətəndaşlarımızın zəhərlənməsinin dəqiq səbəbi ekspertiza nəticəsində müəyyənləşəcək. Allah dünyasını dəyişən vətəndaşlarımıza rəhmət eləsin, yaxınlarına başsağlığı versin. Xəsarət alan vətəndaşımıza tezliklə şəfa diləyirik”, - deyə bildirilib.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: