Almaniyada İsrail səfirliyi yaxınlığında TERROR AKTI

Almaniyada İsrail səfirliyi yaxınlığında
Hadisə 20-10-2024 - 02:29

Berlində İsrail səfirliyi yaxınlığında terror aktına cəhdin qarşısı alındığı iddia edilir.

Ajans.az "Bild"ə istinadən xəbər verir ki, hadisə oktyabrın 19-da baş verib.

Polis şübhəli şəxsi saxlayıb. Nəşrin məlumatına görə, o, 2022-ci ildə Almaniyaya gələn Liviya sakini olub. Onun hücumdan sonra ölkəni tərk etməyi planlaşdırdığı iddia edilir.

Qeyd edək ki, oktyabrın əvvəlində Almaniya Daxili İşlər Nazirliyi antisemitizm hallarının artdığını bildirib. Departament qeyd edib ki, 2023-cü ilin oktyabrından antisemitizm zəminində törədilən cinayətlərin sayı iki dəfə artıb.

PAYLAŞ: