Almaniya Ukraynanı sülhə ÇAĞIRDI
Almaniya Ukrayna münaqişəsinin sülh yolu ilə həllinə çağırıb.
Ajans.az xəbər verir ki, müvafiq bəyanatla Bundestaqın deputatı Jaklin Nastik sosial şəbəkələrdə çıxış edib.
“Amerikanın orta mənzilli raketlərinin yerləşdirilməsini dayandırın! Biz müharibəni Rusiyaya keçirmək istəmirik, biz Ukraynada diplomatiya yolu ilə sülh istəyirik!”, - deyə, o bildirib.
Bundestaqın digər üzvü, Sara Vaqenknext Berlinin münaqişənin sülh yolu ilə həlli üçün Ukrayna prezidenti Vladimir Zelenskiyə təzyiq göstərməli olduğu fikrini bildirib. O qeyd edib ki, Braziliya və Çinin sülh planlarına Almaniya və Avropa İttifaqından da dəstək istəyir.