Aktyorun 6 milyon dollarlıq evi külə döndü

Kaliforniyada yanğınlar nəticəsində Entoni Hopkinsin evi tamamilə dağılıb.
Ajans.az xəbər verir ki, bu barədə "Daily Mail" nəşri yazıb.
Aktyor evi 2021-ci ildə alıb. "Pasifik Palisades" ərazisində yerləşən ev dörd yataq otağı və beş vanna otağından ibarətdir. O, bina üçün 6 milyon dollar ödəyib.
Qeyd edək ki, ümumilikdə 1000 bina yanğından zərər çəkib.