Akopyanın vəziyyəti PİSLƏŞDİ

Akopyanın vəziyyəti
Akopyan
Dünya 13-03-2025 - 12:18
 118

Rusiyanın əməkdar artisti illüzionist Amayak Akopyan bel zədəsi səbəbindən şiddətli ağrılardan əziyyət çəkdiyini bildirib.

Ajans.az xəbər verir ki, onun şərhini Abzats sitat gətirir.

68 yaşlı Akopyan deyib:

“Mən ağır psixofizik vəziyyətdəyəm və ağrıkəsicilərlə yaşayıram. İllüzionist əlavə edib ki, səhhətindəki problemlərə görə evdən çətinliklə çıxır.

Sənətçinin sözlərinə görə, onun onurğa əməliyyatına ehtiyacı var. O, “Bu cür əməliyyatların heç yeriyə bilməyəcəyiniz nəticələri ola bilər. Mən əlil arabasında olmaq istəmirəm” ifadələrini işlədib.

2024-cü ilin aprelində Akopyan xaricdə müalicədən imtina etdiyini açıqlayıb:

“Mən Almaniyaya, İsrailə və ya Amerikaya getmək istəmirəm – heç yerə getmək istəmirəm! Mən yalnız həkimlərimizə güvənirəm”.

İllüzionist onu da bildirib ki, onun vəziyyətinə peşəkar fəaliyyəti təsir edib: o, bütün fəndləri dublyorlar olmadan yerinə yetirib, ona görə də onurğasında sınıqlar və çatlar olub.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: