Bayramda pensiyaçılara əlavə ödəniş edilə bilər? - AÇIQLAMA

Bayramda pensiyaçılara əlavə ödəniş edilə bilər? -
Cəmiyyət 13-03-2025 - 15:34
 690

Rusiya və Türkiyə kimi qonşu ölkələrdə bayramlarda pensiyaçılara əlavə ödənişlərin edilməsi kimi praktikalar mövcuddur. Türkiyədə artıq sözügedən ödənişlərin artırılması da gündəmdədir.

Bəs ölkəmizdə oxşar qərar qəbul edilərək bayramlarda pensiyaçılara əlavə birdəfəlik məbləğlər ödənilə bilər?

Mövzu ilə bağlı Ajans.az-a danışan iqtisadçı Natiq Cəfərli deyib ki, belə bir mexanizm ölkəmizdə mövcuddur, sadəcə yeni qərar lazımdır:

“İstənilən halda ola bilər. Qanunvericilikdə bununla bağlı hər hansı bir maneə yoxdur. Bu ya Nazirlər Kabinetinin qərarı ilə, ya da Prezident sərəncamı ilə ola bilər. Belə bir təcrübə bir dəfə olub. 200 manat əlavə ödənildi təqaüdçülərə. Yəni mexanizm mövcuddur, amma büdcədən vəsaitin ayrılması üçün Nazirlər Kabinetinin və ya digər icra orqanlarının qərarlarına ehtiyac var”.

Məsələ ilə bağlı danışan Xalid Kərimli deyib ki, ölkəmizdə bu prosesin daimi icrası mümkün deyil:

“Əgər hökumətin imkanı varsa, minimum pensiyaları artıra bilər və ya ümumilikdə pensiyaların məbləğini yüksəldə bilər. Bayram pulu verməkdənsə, pensiyaların davamlı şəkildə artırılması daha məqsədəuyğundur. Bu səbəbdən də belə bir praktikanı uğurlu hesab etmirəm”.   

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

PAYLAŞ: