Bu ölkədə "TikTok" qadağan edildi

Bu ölkədə "TikTok"
Dünya 13-03-2025 - 13:57

Çinin TikTok sosial media platforması Albaniyada rəsmi olaraq bloklanıb.

Ajans.az bildirir ki, Albaniya hökumətinin 2024-cü ilin noyabr ayından etibarən TikTok-u ölkə daxilində bir il müddətinə müvəqqəti qadağan etmək barədə mübahisəli qərarından sonra Milli Kibertəhlükəsizlik Agentliyi (AKSK) Albaniya Elektron və Poçt Rabitə Agentliyindən (AKEP) TikTok-a girişi əngəlləmək üçün tədbirlər görməsini tələb etmişdi.

AKSK sözügedən maneənin bu gündən etibarən həyata keçirilməsini istəyib.

Xatırladaq ki, Albaniyanın paytaxtı Tiranda Fan Noli İbtidai məktəbində oxuyan 14 yaşlı Martin Cani 18 noyabr 2024-cü ildə başqa bir şagirdin bıçaqla hücumu nəticəsində həyatını itirib. Tələbələr arasında mübahisənin sosial şəbəkədə başladığı iddia edilib.

PAYLAŞ: