Xalq artisti dəfn edildi

Xalq artisti dəfn edildi
Cəmiyyət 13-03-2025 - 13:30

Azərbaycan SSR Xalq artisti, SSRİ Dövlət mükafatı laureatı, "Şöhrət" ordenli balet ustası Tamilla Şirəliyeva ilə Təzə Pir məscidində vida mərasimi keçirilib.

Ajans.az xəbər verir ki, vida mərasimində mədəniyyət nazirinin müavini Xalq artisti Murad Hüseynov, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının, Bakı Xoreoqrafiya Akademiyasının əməkdaşları, müxtəlif sənət adamları və mərhumun yaxınları iştirak ediblər.

Vida mərasiminin ardınca Tamilla Şirəliyeva "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, Tamilla Şirəliyeva uzun zamandır şəkərli diabet xəstəliyindən əziyyət çəkib. Son vaxtlar böyrəklərində problem yaranan balet ustası əməliyyat olunub. O, dünən səhər beyninə qan sızması nəticəsində vəfat edib.

PAYLAŞ: