Trampın xüsusi elçisi Moskvaya gəldi

ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Vitkoffu gətirən təyyarə Moskvanın Vnukovo hava limanına təhlükəsiz eniş edib.
Ajans.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Stiv Vitkoffun Rusiyaya səfəri böyük maraq doğurub, çünki onun səfərində Rusiya rəsmiləri ilə mühüm danışıqların aparılacağı gözlənilir.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bir qrup amerikalı müzakirəçinin bu gün Moskvaya gəldiyini təsdiqləyib. Bu barədə o, jurnalistlərlə söhbətində bildirib. Səfərin təfərrüatları və nümayəndə heyətinin dəqiq tərkibi məlum deyil. Danışıqların mühüm ikitərəfli məsələləri əhatə edəcəyi gözlənilir.