Putin başsağlığı VERDİ

Putin başsağlığı
Putin
Dünya 13-03-2025 - 14:40

Rusiya prezidenti Vladimir Putin Pakistanda sərnişin qatarında törədilən terror aktı ilə bağlı başsağlığı verib.

Ajans.az xəbər verir ki, Pakistan prezidenti Asif Əli Zərdariyə müvafiq məktub Kremlin saytında dərc olunub.

“Qurbanları arasında çoxlu qadın və uşaqların da olduğu bu qəddar və həyasız cinayəti qətiyyətlə pisləyirik. Biz Pakistan hərbçilərinin və hüquq-mühafizə orqanlarının zabitlərinin cəsarətini və yüksək peşəkarlığını qeyd edirik – onların qətiyyətli hərəkətləri yüzlərlə insanın həyatını xilas etməyə imkan verdi”, - Rusiya lideri qeyd edib.

Putin həmçinin vurğulayıb ki, Rusiya terrorizmlə mübarizədə Pakistanla əməkdaşlığa hazırdır.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: