Bir ailənin 6 üzvü tortdan ZƏHƏRLƏNDİ - ADLAR

Hadisə
03-03-2025 - 10:52
Ağdamın Ağdam rayonunun Əfətli kəndində kütləvi zəhərlənmə qeydə alınıb.
Ajans.az xəbər verir ki, 1962-il təvəllüdlü Əsədova Gülbuta, 2001-ci il təvəllüdlü Əsədov Elçin, 2003-cü il təvəllüdlü Əsədov Elvin, 1993-cü il təvəllüdlü İsmayıllı İsmayıl, 2006-cı il təvəllüdlü Əsədova Türkan və 2006-cı il təvəllüdlü Piriyeva Nəzakət Ağdam rayon Mərkəzi xəstəxanasına zəhərlənmə əlamətləri ilə müraciət ediblər.
İlkin tibbi yardım göstərildikdən sonra onlar evə buraxılıblar.
Onların tortdan zəhərləndiyi ehtimal olunur.