ABŞ yaxın şərqdə güclü müttəfiq istəyir - PROFESSOR

ABŞ yaxın şərqdə güclü müttəfiq istəyir -
Siyasət 09-10-2024 - 16:02

ABŞ, İsrail

“Amerika İsrail İctimai Əlaqələr Komitəsi (AIPAC) ABŞ siyasətçilərinin “boğazından yapışıb””.

Ajans.az xəbər verir ki, bu sözləri Doha Lisansüstü Araşdırmalar İnstitutunun media araşdırmaları professoru Mohamad Elmasri deyib. O bildirib ki, ABŞ-nin bölgədəki siyasətinə nəzarət etmək üçün İsrail üzərində kifayət qədər təsir rıçaqları var.

"Bu, daha çox ABŞ-nin təsir imkanlarından istifadə etmək istəməməsi ilə bağlı bir vəziyyətdir. ABŞ Yaxın Şərqdə güclü müttəfiq istəyir. ABŞ siyasətçilərinin İsrailyönlü lobbinin gücü ilə mübarizə aparmalıdır. Onlar ABŞ siyasətini sıxışdırıb və ayrı-ayrı siyasətçilər üzərində çoxlu təsir gücünə malik ola bilirlər. AIPAC-ın qəzəbini dadmaq istəyən heç bir siyasətçi yoxdur”,- deyə, professor fikirlərinə əlavə edib.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: