“ABŞ xoşagəlməz üsullara əl atır” – FTX direktoru

“ABŞ xoşagəlməz üsullara əl atır” –
FTX
Siyasət 26-11-2024 - 13:50

Vaşinqton və onun müttəfiqləri Müstəqil Dövlətlər Birliyində (MDB) xaos yaratmaq və Birlik ərazisini ucuz resurs bazasına çevirmək istəyirlər.

Ajans.az xəbər verir ki, bu sözləri Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktoru Aleksandr Bortnikov deyib.

“ABŞ və onun müttəfiqləri öz geosiyasi ambisiyalarını həyata keçirmək üçün ən xoşagəlməz üsullara əl atmaqdan çəkinmirlər. Bizim vəziyyətimizdə o, Birliyi xaosa və ucuz resurs bazasına çevirir”, - Bortnikov Rusiya başçılarının Moskva görüşündə deyib.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: