ABŞ husilərin Sənadakı hədəflərini vurub

Gündəm
19-03-2025 - 22:27
ABŞ ordusu Yəməndə “Ənsar Allah” hərəkatının nəzarəti altında olan paytaxt Sənaya silsilə zərbələr endirib.
Ajans.az xəbər verir ki, bu barədə üsyançılara məxsus “Al Masirah” telekanalı məlumat yayıb.
İddiaya görə, ABŞ hərbçiləri əs-Saura bölgəsində tədbirlər üçün tikilən zala havadan hücum edib. Hücum nəticəsində binada yanğın başlayıb və yaxınlıqdakı tikililərə də ziyan dəyib.
Ölən və yaralananlar barədə məlumat verilmir.
Mövzular:
Oxşar xəbərlər
Qazaxıstanda mədənin çökməsi nəticəsində həlak olan 6 işçinin meyiti tapıldı
Gündəm08:20 / 18-02-25