Qəzzada ölən BMT əməkdaşlarının sayı açıqlandı

Fələstin-İsrail münaqişəsinin kəskinləşməsindən bəri Qəzza zolağında həlak olan BMT əməkdaşlarının sayı 280 nəfərə çatıb.
Ajans.az xəbər verir ki, bu barədə BMT baş katibinin mətbuat katibinin müavini Fərhan Hak bildirib.
"Çərşənbə axşamı BMT-nin Layihə Xidmətləri Bürosu (UNOPS) təşkilatın binasına endirilən zərbə nəticəsində işçilərindən birinin öldüyünü təsdiqləyib. BMT-nin baş katibi Antonio Quterreş baş verənlərdən dərin sarsıntı keçirib", - deyə Hak bildirib.
"Baş katib BMT əməkdaşlarına qarşı edilən bütün hücumları qətiyyətlə pisləyir və hərtərəfli araşdırmaya çağırır", - təşkilatın sözçüsü qeyd edib.