Mövqelərimiz Basarkeçər istiqamətindən atəşə tutuldu

Azərbaycan Ordusunun mövqeləri Basarkeçər istiqamətindən atəşə tutulub.
Ajans.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, martın 19-u saat 14:15 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Günəşli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.