Qazaxıstanda mədənin çökməsi nəticəsində həlak olan 6 işçinin meyiti tapıldı

Xilasedicilər Qazaxıstanın Ulitau vilayətində çökmüş mədənin dağıntılarını təmizləyərkən ölmüş 6 şaxtaçının meyitini tapıblar, digərinin axtarışı isə davam edir.
Ajans.az xəbər verir ki, bu barədə Respublika Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
"Axtarış-xilasetmə əməliyyatları zamanı bir qrup xilasedici "Kazakhmys Corporation" MMC-nin 6 əməkdaşının meyitini aşkar edib. Onların şəxsiyyəti müəyyənləşdirilir. Hazırda hadisənin bütün hallarının aydınlaşdırılması istiqamətində araşdırma aparılır. Yeddinci şəxsin axtarışları davam etdirilir", - məlumatda deyilir.
Qeyd edək ki, Qazaxıstanın Ulytau vilayətində “Kazakhmys Corporation” şirkətinə məxsus filiz mədənində çökmə nəticəsində bir qrup işçi ilə əlaqə kəsilmişdi.