Türkiyə millisi Rusiya ilə oynamaqdan imtina etdi

Türkiyə 2025-ci ildə Rusiya millisi ilə yoldaşlıq oyunu keçirmək ehtimalını istisna edib.
Ajans.az xəbər verir ki, Türkiyə Futbol Federasiyasının mətbuat attaşesi Türker Tozar məsələ ilə bağlı bunları deyib:
“Bu il Rusiya ilə oynamaq üçün boş günümüz yoxdur. Bu yay ABŞ-a səfərə çıxacağıq və bunu artıq elan etmişik. Payızda yalnız beynəlxalq təqvimə uyğun rəsmi oyunlar olacaq.
Gələn il qarşılaşma mümkündürmü? Təqvim tərtib olunana qədər, baxarıq. Rəsmi tarixləri və elanları gözləmək daha yaxşıdır, o zaman yoldaşlıq oyunları üçün rəqibləri planlaşdıra bilərik”.
Qeyd edək ki, daha əvvəl RFU prezidenti Aleksandr Dyukov belə bir ehtimala eyham vurmuşdu.