ABŞ Gürcüstanın sabiq baş nazirinə sanksiyalar tətbiq etdi

ABŞ Gürcüstanın sabiq baş nazirinə
Gündəm 27-12-2024 - 22:27

ABŞ Gürcüstanın sabiq baş naziri, “Gürcü Arzusu”nun fəxri sədri, milyarder Bidzina İvanişviliyə qarşı sanksiyalar tətbiq edib.

 Ajans.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi açıqlama yayıb.

Bildirilib ki, Birləşmiş Ştatlar təkbaşına İvanişviliyə “Gürcüstanın demokratik və Avro-Atlantik gələcəyinə zərbə vurduğuna görə” sanksiya tətbiq edib.

Məlumata görə, sanksiyalara İvanişvilinin ABŞ-dəki bütün aktivlərinin dondurulması daxildir.

PAYLAŞ: