ABŞ-də terror aktının qarşısı ALINDI
Dünən Amerikada seçki günü hücum planlaşdıran əfqan kişi Federal Tədqiqatlar Bürosu (FBI) tərəfindən həbs olunub.
Ajans.az xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Departamenti məlumat verib. Bildirilib ki, Oklahoma ştatında yaşayan 27 yaşlı Nasir Əhməd Tövhedi seçki günü çox böyük izdihamı hədəf alan akt planlayırmış. N. Əhməd ifadəsində özünün və bir digər azyaşlı suiqəsdçinin seçki günü şəhid kimi öləcəyini gözlədiyini deyib.
"Terrorizm hələ də FTB-nin bir nömrəli prioritetidir və biz Amerika xalqını qorumaq üçün hər bir resursdan istifadə edəcəyik", - deyə, FTB direktoru Kristofer Rey bildirib.
Tövhedi ABŞ-nin xarici terror təşkilatı kimi tanıdığı İslam Dövləti qrupuna sui-qəsd və maddi dəstək verməyə cəhddə ittiham olunub. Onun adından danışa biləcək vəkilinin olub-olmadığı hazırda məlum deyil.