ABŞ-də 100-dən çox dövlət rəsmilərinə KİBERHÜCUM OLDU
ABŞ-nin aparıcı telekommunikasiya şirkətlərinin rəhbərləri Çindən gələn kibercasusluqla bağlı artan narahatlıqlar fonunda Ağ Evdə ABŞ milli təhlükəsizlik rəsmiləri ilə görüşüblər.
Ajans.az xəbər verir ki, ABŞ-də 150-yə yaxın yüksək vəzifəli məmur və siyasətçi kiberhücumun qurbanına çevrilə bilər.
Ağ Evin məlumatına görə, bu cür görüşlər Vaşinqtona hökumətin kiber haker hücumlarına qarşı müdafiəsini necə gücləndirə biləcəyi ilə bağlı məsləhət vermək üçün lazımdır. İştirakçılar həmçinin dialoqun bir hissəsi kimi kəşfiyyat məlumatlarını paylaşıb.
Senator Mark Uorner “CNN”ə bildirib ki, insident ölkə tarixində indiyədək ən pis telekommunikasiya sınması olub. Siyasətçinin sözlərinə görə, hakerlərin miqyası, onun nəticələri və milli təhlükəsizliyə təsiri hələ də dəqiqləşdirilir. Bununla belə, FTB kiberhücumun 150-dən çox qurbanını xəbərdar edib.