ABŞ-da tornado: ölənlərin sayı 35-ə çatdı

Gündəm
16-03-2025 - 23:17
ABŞ-ın mərkəzi və cənub ştatlarında hökm sürən güclü külək və tornado səbəbindən ölənlərin sayı 35-ə çatıb.
Ajans.az xəbər verir ki, ölüm halları Missuri, Kanzas, Arkanzas, Texas, Oklahoma ştatlarında qeydə alınıb. Fırtına nəticəsində yollar dağılıb, elektrik naqilləri sıradan çıxıb, ağaclar aşıb, evlərə güclü xəsarət dəyib. İki yüz minə yaxın insan elektrik enerjisiz qalıb.
Martın 14-dən başlayan kəskin hava şəraiti ölkənin şərqinə doğru irəliləyir və hazırda Floridadan Pensilvaniyaya qədər 50 milyondan çox insan şiddətli fırtına təhlükəsi altındadır.
Mövzular:
Oxşar xəbərlər
Məktəblərdə yoxlamalar zamanı 70 nəfər işdən çıxarılıb - 130 nəfərə töhmət verilib
Gündəm09:04 / 28-12-24