Gürcüstan həbs edilən etirazçıları azad edəcəyinə söz VERDİ

Gürcüstan həbs edilən etirazçıları azad edəcəyinə
Gürcüstan, Etirazçılar
Gündəm 20-12-2024 - 14:50

Gürcüstanın baş naziri İrakli Kobaxidze saxlanılan bəzi etirazçıları azad edəcəyinə söz verib.

Ajans.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat verib.

O, inzibati xətalara görə saxlanılanların azadlığa buraxılacağına aydınlıq gətirib. Bundan əlavə, baş nazir onların azad olunma vaxtını açıqlayıb. Onun sözlərinə görə, saxlanılan şəxslər ayın sonuna qədər azadlığa buraxılacaqlar.

Kobaxidze həmçinin vurğulayıb ki, Tbilisidəki etirazlar dinc xarakter alıb. Onun qeyd etdiyi kimi, artıq hüquq-mühafizə orqanlarının əməkdaşlarına güc tətbiq etmək lazım deyil.

Gürcüstanda kütləvi etirazlar respublika hakimiyyətinin ölkənin Avropa İttifaqına daxil olması ilə bağlı danışıqları dayandırmasından sonra başlayıb. Etirazçılar yeni parlament seçkilərinin keçirilməsini və əvvəllər həbs edilmiş etirazçıların azad edilməsini tələb edirlər.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: