Sərəncama götürülən Mais Bərxudarov DANIŞDI

Sərəncama götürülən Mais Bərxudarov
Gündəm 07-10-2024 - 12:07
 188

Xəbər verdiyimiz kimi, II ordu korpusunun komandiri general-leytenant Mayis Bərxudarov vəzifəsindən azad edilərək sərəncama götürülüb.

Ajans.az-ın məlumatına görə, "Gununsesi.info” Mais Bərxudarovla əlaqə saxlayaraq onun vəzifəsindən azad olunması barədə fikirlərini öyrənib.

Hazırda sərəncamda olduğunu deyən M. Bərxudarov vəzifəsini itirməsini belə qiymətləndirib: "Heç bir məyusluğum yoxdur. Ola da bilməz. Qərar qəbul olunub. Mən də hazırda sərəncamdayam”.

"Orduda yeni yüksək təyinat gözləyirsinizmi?” sualına gəlincə, general-leytenant "Əşi, bu söhbətin başını buraxın. Bu barədə məlumatsızam”, - cavabını verib.

PAYLAŞ: