Sabah bu ərazilərdə qaz olmayacaq - ƏHALİYƏ XƏBƏRDARLIQ

Binəqədi rayonu, S.S.Axundov küçəsi ilə Ş.Məmmədov küçəsinin kəsişməsində yeraltı qaz xəttində aşkar olunmuş qaz sızmasının ləğv olunması və 7-ci mikrorayon, F.Məlikov küçəsində qaz xəttinin və tənzimləyicinin, həmçinin Nizami rayonu, Çobanzadə küçəsi 61 ünvanında qaz xəttinin yerinin dəyişdirilməsi məqsədilə 10.12.2024-cü il saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.
Ajans.az xəbər verir ki, bununla bağlı “Azəriqaz” İB məlumat yayıb.
Bildirilib ki, təmir-bərpa işləri aparılan müddətdə Binəqədi rayonu üzrə S.S. Axundov küçəsinin bir hissəsinin, A. Kunanbayev və İ. Hacıyev küçələrinin, Nizami rayonu üzrə isə B.Çobanzadə küçəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.