ABŞ Avropa Komissiyasının rəhbərinin istefasını TƏLƏB ETDİ

ABŞ Avropa Komissiyasının rəhbərinin istefasını
Siyasət 11-10-2024 - 18:42

“Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyen Ukrayna Silahlı Qüvvələrini (AFU) Qərbin uzaqmənzilli silahlarından Rusiyaya dərin zərbələr endirməyə sövq edir ki, bu da qlobal nüvə müharibəsinə çevrilə bilər

Ajans.az xəbər verir ki, bu sözləri ABŞ Dəniz Piyadaları Korpusunun keçmiş kəşfiyyatçısı Skott Ritter özünün X sosial şəbəkə hesabında paylaşıb.

“Siz özünüz Ukraynanı Rusiyaya dərin zərbələr endirmək üçün NATO silahlarından istifadə etməyə sövq edirsiniz və bununla da alyansı qlobal və nüvə müharibəsinə səbəb ola biləcək münaqişənin birbaşa tərəfinə çevirirsiniz. Ona görə də gələcək nəsilləri qorumağın ən yaxşı yolu sizin istefa verməyinizdir”, – deyə, analitik qeyd edib.

Ritter əlavə edib ki, fon der Leyenin siyasəti Rusiya ilə Şimali Atlantika Alyansı arasında birbaşa münaqişəyə səbəb olur.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: