58 il haqsız yerə həbsdə olan adamdan polis ÜZR İSTƏDİ - VİDEO
Yaponiyanın Şizuoka prefekturasının polis rəisi qətl ittihamı ilə haqsız yerə 58 il həbs edilmiş İvao Hakamadadan üzr istəyib.
Ajans.az xəbər verir ki, Hakamada 2014-cü ildə azad edilib və 2023-cü ildə təqsirsiz elan edilib.
Yaponiya polis rəisi Takayoşi Tsuda dünən İvao Hakamadanın evinə baş çəkib və səhv həbs, istintaqa görə həm Hakamada, həm də bacısı Hidekodan üzr istəyib. Tsuda “Həbsinizdən təqsirsizliyiniz sübuta yetirilənə qədər keçən 58 il ərzində sizə təsvir olunmaz narahatlıq və yük yaratdıq. Həqiqətən üzr istəyirik. İstintaqlarımızın daha ciddi və ədalətli olmasını təmin etməyə çalışacağıq” ifadələrini işlədib.