5 yaşlı Dəniz nənəsinin dərmanlarını içibmiş - TƏFƏRRÜAT

5 yaşlı Dəniz nənəsinin dərmanlarını içibmiş -
Hadisə 20-02-2025 - 10:11

Beyləqanda azyaşlının dərmandan zəhərlənərək vəfat etməsinin bəzi təfərrüatları məlum olub.

Ajans.az xəbər verir ki, 5 yaşlı Dəniz Tahirlinin qohumunun sözlərinə görə, valideynləri uşağın zəhərlənməsindən 15-20 dəqiqə sonra xəbər tutublar.

Qohumunun dediklərinə görə, azyaşlı nənəsinin şəkər dərmanlarını atıb. Bundan xəbər tutan valideynləri onu dərhal xəstəxanaya çatdırıb, lakin uşaq yarım saat sonra dünyasını dəyişib.

Ətraflı ATV-nin sujetində:

Ajans.az
Vəzifəsi: Redaktor
PAYLAŞ: