5 evdən 53 min manatlıq oğurluq etdi

5 evdən 53 min manatlıq
oğurluq
Hadisə 12-02-2025 - 09:30

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri ilə şəhər ərazisində yerləşən beş evdən oğurluq etməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Mirzağa Qasımov saxlanılıb.

Ajans.az xəbər verir ki, onun evlərdən 53000 manat dəyərində qızıl-zinət və məişət avadanlıqları oğurladığı müəyyən edilib. 

Faktla bağlı cinayət işi başlanılıb, M.Qasımov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

PAYLAŞ: