2025-ci ilin ilk körpəsi dünyaya gəldi
Azərbaycanda 2025-ci ilin ilk körpəsi TƏBİB-in tabeliyində fəaliyyət göstərən Yeni Klinikada dünyaya gəlib.
Ajans.az-ın verdiyi xəbərə görə, 01.01.2025-ci il tarixində saat 00:01-də doğulan körpənin cinsi oğlan, boyu 50 sm, çəkisi 3 kq 900 qr olub.
38-ci həftəsində təbii doğuşa alınan ananın və yenidoğulmuşun vəziyyəti hazırda stabildir.