200 km/saat sürətlə gedən motosikletçilər qəzaya düşdü
Avstraliyada keçirilən Qran Pri zamanı iki MotoGP sürücüsünün iştirakı ilə təxminən 200 km/saat sürətlə qəza baş verib.
Ajans.az xəbər verir ki, "the Sun"a istinadən xəbər verir ki, baş vermiş qəzada heç kəsin xəsarət almadığı dəqiqləşdirilib.
İtalyan Marko Bezzecchi ilk döngədə ispaniyalı Maverick Vinalesə çırpılıb. Hər iki sürücü trasdan çıxıb.
Qeyd edək ki, NASCAR dövrə yarışlarının 22 illik tarixində ən böyük qəza ABŞ-ın Miçiqan ştatında baş verib. Sürücünün idarəetməni itirməsi səbəbindən 28 yarış maşını toqquşub.