"Kapital Bank"ın 140 min müştərisinin kart məlumatlarını oğurlamaq İSTƏDİLƏR

"Kapital Bank"ın 140 min müştərisinin kart məlumatlarını
Kiberhücum
Cəmiyyət 19-12-2024 - 10:21
 2475

“Kiber dələduzluq halları artıb”.

Ajans.az-ın xəbərinə görə, bunu “Kapital Bank”ın İdarə Heyətinin üzvü, Baş Risk inzibatçısı Cavid Mirzəyev deyib. 

“140 min müştərinin kart məlumatlarının oğurlanmasına cəhd olunub, həmçinin 200 min-dən çox əməliyyatlar olunub. Qarşısını almışıq. Bizim tərəfimizdən 100 sayt bağlanıb. 1000-dən çox sosial şəbəkə hesabları bloklanıb. Bu göstəricilər ötən ilki göstəricilərdən 2 dəfə çoxdur”, - deyə, o qeyd edib.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: