106 yaşlı qadından uzunömürlülüyün sirləri!

106 yaşlı qadından
Sağlamlıq 17-10-2024 - 15:05

Böyük Britaniyadan olan 106 yaşlı qadın uzunömürlülüyünün sirrini açıb.

Ajans.az xəbər verir ki, o, sağlam vərdişlər sayəsində bu qədər uzun ömür sürdüyünə inanır. Britaniyalı qadın ilk dəfə yalnız 102 yaşında spirtli içki qəbul edib. Doroti Yanq 27 may 1918-ci ildə anadan olub. Birinci Dünya Müharibəsi hələ də davam etsə də, bəxti gətirib ki, o, təhlükəsiz ərazidə böyüyüb. 15 yaşında qadın kollecə daxil olub və orada bal rəqslərinə həvəs yaranıb. 1937-ci ildə o, Corc adlı həmyaşıdı ilə evlenib. Onlar 52 il birlikdə yaşayıb, iki uşaq dünyaya gətirib və müxtəlif müsabiqələrdə iştirak edərək rəqs etməyə davam ediblər.

1997-ci ildə Corc ölüb və bir müddət sonra Yanq qocalar evinə düşüb. May ayında o, 106 yaşını yerli uşaq bağçalarının və məktəblərin uşaqlarının əhatəsində qeyd edib. Doroti "Uşaqlarıma dəfələrlə demişəm ki, 100 yaşım olanda illərimi hesablamağa başlayıram, indi isə cəmi altı yaşım var" ifadələrini işlədib. Bunu xatırlayan uşaqlardan biri Yanqa altı nömrəli “Hörümçək adam” kartı verib.

Yaşlı qadın siqaret çəkmədiyini və içki içmədiyini etiraf edib. O, ilk dəfə spirtli içkiləri COVID-19 epidemiyası zamanı sınaqdan keçirib.  Qadın uzun ömür sürməsinin başqa bir sirri kimi sevgini adlandırıb. Yanq özünü sevdiyi şeylərlə əhatə edib. Məsələn, o, həqiqətən uşaqlarla ünsiyyət qurmağı sevir, ona görə də onlar tez-tez qocalar evinin işçilərinin dəvəti ilə ona baş çəkirlər.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: