Zelenski İlham Əliyevlə görüşü şərh ETDİ
Ukrayna lideri Vladimir Zelenski Azərbaycan prezidenti İlham Əliyevlə görüşü şərh edib.
Ajans.az xəbər verir ki, bu barədə o, Telegram kanalında yazıb.
Zelenski bildirib ki, görüş zamanı tərəflər ikitərəfli münasibətləri və onların inkişafını müzakirə ediblər. O cümlədən, söhbət Azərbaycan və Ukrayna arasında ticarət dövriyyəsinin artırılmasından, həmçinin ölkələr arasında enerji sahəsində əməkdaşlıqdan gedir.
Bundan əlavə, Ukrayna lideri Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı başsağlığı verib. O, həmçinin Kiyevə kömək etdiyinə görə Bakıya təşəkkür edib.