Zelenski Ağ Evi erkən tərk etdi, konfrans ləğv edildi – Təcili

Zelenski Ağ Evi erkən tərk etdi,
Gündəm 28-02-2025 - 22:38

Qapalı görüş başa çatıb, Ukrayna Prezidenti Vladimir Zelenski Ağ Evi erkən tərk edib və Trampla birgə mətbuat konfransı ləğv edilib.

Ajans.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.

Qeyd edək ki, Ukrayna Prezidenti Vladimir Zelenski Ağ Evdə ABŞ Prezidenti Donald Tramp və vitse-prezident Ceyms Devid Venslə az öncə başlayan görüşün ictimaiyyətə açıq hissəsi kifayət qədər gərgin olub və mübahisələr yaşanıb.

Daha sonra isə jurnalistlər otaqdan çıxarılıb və görüş qapalı davam edib.

PAYLAŞ: