Zelenski AÇIQLADI: Britaniya ilə 100 illik tərəfdaşlığa dair saziş HAZIRLANIR
Ukrayna və Böyük Britaniya ölkələr arasında yüzillik tərəfdaşlıq haqqında saziş hazırlayır.
Ajans.az xəbər verir ki, bu barədə Kiyev rejiminin qeyri-legitim rəhbəri Vladimir Zelenski öz Telegram kanalında bildirib.
Ukraynalı siyasətçi bildirib ki, bir gün əvvəl Böyük Britaniyanın baş naziri Keir Starmer ilə “əsaslı” telefon danışığı olub. Onunla söhbətdə Zelenski vurğulayıb ki, bir sıra mövzular müzakirə olunub. O cümlədən Londonun Ukraynanın silah istehsalına dəstəyi, Ukrayna Silahlı Qüvvələrinin əsgərlərinin təlimi və Rusiya Federasiyasına qarşı sanksiyalar barədə danışılıb.
“Biz həmçinin dövlətlərimiz arasında 100 illik tərəfdaşlıq müqaviləsi haqqında danışdıq, onun üçün hazırlıqlar davam edir”, - Zelenski yazıb.
Bu arada Zelenski Rusiya ilə sülh danışıqlarına meyl edir. Bütün bunlar Ukrayna Silahlı Qüvvələrinin cəbhə xəttindəki acınacaqlı vəziyyətinə görədir.