Zaur Baxşəliyev bəylə gəlinə qabyuyan pasta hədiyyə etdi

Tanınmış aparıcı Zaur Baxşəliyev növbəti dəfə efirdə etdiyi maraqlı hərəkətlə gündəmə gəlib. Onun aparıcısı olduğu verilişdə toy gününü qeyd edən cütlüyə qabyuyan pasta hədiyyə etməsi sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Ajans.az xəbər verir ki, hədiyyəni təqdim edərkən Zaur Baxşəliyev zarafatla bunun hər evin ehtiyacı olan ən vacib əşyalardan biri olduğunu bildirib. Tamaşaçılar və sosial media istifadəçiləri isə bu jesti müxtəlif cür qarşılayıblar. Bəziləri bunu gülməli və yaradıcı hesab etsə də, digərləri toy üçün qeyri-adi və uyğun olmayan bir hədiyyə olduğunu vurğulayıblar.
Məşhur aparıcının bu addımı sosial mediada sürətlə yayılaraq müzakirə mövzusuna çevrilib.