Yüksəkrütbəli məmurun əmlakına həbs qoyuldu
Moskvanın Kuntsevski Məhkəməsi İqtisadi İnkişaf Nazirliyinin (İİN) Şimali Qafqaz Federal Dairəsinin sosial-iqtisadi inkişaf departamentinin direktoru, korrupsiyada ittiham olunan İqor Xranovskinin əmlakını dövlət gəlirinə müsadirə edib.
Ajans.az xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.
Məmurun əmlakının müsadirəsi barədə qərar Rusiya Baş prokurorunun birinci müavininin tələbi ilə qəbul edilib. Həmçinin iş üzrə digər müttəhimlərin əmlakı Rusiyaya verilib.
Sentyabrın 7-də məmurun ailəsinin yüz milyonlarla rubl dəyərində aktivlərinə, o cümlədən Moskva yaxınlığındakı Odintsovodakı mülkə və lüks avtomobil parkına - iki Bentley və beş Mercedes-Benzə sahib olduğu bildirildi. Axtarış zamanı Xranovskidən 53 min avro, 433 min dollar və 3,7 milyon rubl aşkar edilərək götürülüb.