Yarım saat qalmış toy ləğv olundu: Gəlinin xəyanətinə görə
Gəlinin toydan yarım saat əvvəl etdiyi xəyanətə görə, məclis ləğv edilib.
Ajans.az Lent.az-a istinadən xəbər verir ki, bu barədə xarici mediada toya çağırılan qonaqlardan biri sosial şəbəkədə məlumat paylaşıb. O bildirib ki, 29 yaşlı Dana liseydən sevgili olduğu 32 yaşlı Yoş ilə evlənəcəyi toydan əvvəl gəlin otağında qalıb.
Qəfil bəy otağa daxil olub və gəlini özünün 55 yaşlı əmisi ilə tutub. Bundan sonra o, toyu ləğv edib və məclisin pulunu ödəməyi də gəlinin boynuna qoyub.