Xəstələrin Bakıya axını, bölgədə xəstəxanalara etimad: TƏBİB tədbirlər görür

Xəstələrin Bakıya axını, bölgədə xəstəxanalara etimad:
Cəmiyyət 17-10-2024 - 12:43

TƏBİB-ə müraciət edən xəstələrin bölgələrdən Bakıya gətirilməsi prosesinin qarşısının alınması və bölgədə xəstəxanalara etimadın artırılması istiqamətində hansı tədbilər planı var?

"Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin Təkmilləşdirilməsi və optimallaşdırılması"na dair brifinqdə Ajans.az-ın xəbər portalının baş redaktoru Tural Müseyibovun suallarını cavablandıran TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov bildirdi ki, artıq bir çox bölgələrdə ağır cərrahi əməliyyatlara görə xəstələr daha Bakıya gətirilmir:

"Lənkəranda, Şəkidə, Şivanda bu istiqamətdə uğurlu işlər görülüb. Ürək - damar cərrahiyyəsi, neyro cərrahiyyə kimi ağır əməliyyatlar artıq bğlgələrdə yüksək səviyyədə reallaşdırılır, sakinlərə xidmət göstərilir. Bölgədə xəstəcanaların daha yaxşı fəaliyyəti üçün lazımi işlər görülür. Müsbət nəticələr də var. 

Bu addım, xüsusilə bölgələrdə tibbi xidmətlərə əlçatanlığın artırılması və daha ciddi tibbi müalicə tələb edən halların paytaxtdakı xəstəxanalarda müvafiq qaydada qarşılanması məqsədilə atılır. Hazırda müəyyən rayonlarda bu sistem tətbiq olunmağa başlayıb və xəstələrin daha sürətli və səmərəli şəkildə müvafiq tibb müəssisələrinə çatdırılması təmin edilir. Bu tədbirlər, xüsusilə ağır və təcili tibbi müdaxilələrə ehtiyacı olan xəstələrin sağlamlığını qorumaq baxımından əhəmiyyətlidir",- deyə o qeyd edib.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: